Dünya
27.11.2018 / 12:30

Putindən Ukraynadakı vəziyyətə REAKSİYA

Putindən Ukraynadakı vəziyyətə "Ukraynada hərbi vəziyyətin elan olunmasından narahatıq".

İnform.az teleqraf.com-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Almaniya Kansleri Angela Merkellə telefon danışığı zamanı deyib.

Kremlidən verilən açıqlamada qeyd olunub ki, iki lider Kerç boğazında Rusiya ilə Ukrayna arasında yaranan gərginliyi telefonda müzakirə ediblər.

Ukraynanın beynəlxalq hüququ pozmaqda ittiham edən Putin bu ölkədə hərbi vəziyyətin elan olunmasından və ordunun müharibəyə hazır vəziyyətə gətirilməsində narahat olduğunu ifadə edib.

Almaniya tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Rusiya prezidenti Ukraynanın belə qərarlarının qarşısını almaq üçün Almaniyanın rəsmi Kiyevə təsir göstərəcəyinə ümid etdiyini bildirib.




İnform.az

Baxış sayı: 47