Sosial
27.11.2018 / 11:30

Bakının bu rayonunda su olmayacaq- XƏBƏRDARLIQ!

Bakının bu rayonunda su olmayacaq-Xətai rayonu ərazisində yeni yaradılmış içməli su şəbəkəsinin magistral xətlərə qoşulması ilə əlaqədar 27 noyabr 2018-ci il tarixində gün ərzində Xətai rayonunun bir hissəsinə (Əhmədli qəsəbəsinin bir hissəsinə və Köhnə Günəşli yaşayış massivinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Bu barədə İnform.az-a “Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.



İnform.az

Baxış sayı: 120