Dünya
27.11.2018 / 11:25

“Yox, ABŞ donanmasını Azova göndərmək olmaz”- Tom Roqan

“Yox, ABŞ donanmasını Azova göndərmək olmaz”-“ABŞ Ukraynaya böyük diplomatik və hərbi dəstəyi təmin etməli olsa da, ABŞ donanmasının Rusiyaya qarşı durmaq məqsədilə Azov dənizinə göndərilməsi yanlış addım olar”.

Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, bu fikirləri siyasi analitik və jurnalist Tom Roqan ifadə edib.

“ABŞ-ın Azov dənizinə donanma göndərməsi sanki Rusiyanın Kronstadt adalarında nəzarəti ələ keçirirmiş kimi görünməsinə səbəb ola bilər”, - deyə o, əlavə edib.

Bundan əlavə, o, düşünür ki, Rusiyanın Cənub Hərbi Dairəsi Komandanlığı hazırda Azov dənizinin şimal-şərqində yerləşdirilib. Bu isə, ABŞ hərbi gəmiləri dənizə daxil olduğu anda hücuma hazır minlərlə raket və artilleriya deməkdir. Rusiyanın hücumçu sualtı gəmilərinin də olduğu Qara Dəniz filotiliyasının Krımda yerləşməsi ABŞ-ın bu əraziyə daxil olmasını çətinləşdirir. Bütün bunlara görə, Azovda nəzarətin ələ keçirilməsi üçün hərbi əməliyyata başlamaq ABŞ milli maraqlarına uyğun gəlmir.

Roqanın sözlərinə görə, bu vəziyyətdə ən yaxşı yol ABŞ-ın Rusiyaya sanksiyalar tətbiq etməsi və Krım Ukraynaya qaytarılanadək sanksiyaların davam edəcəyini göstərməsi olar.



İnform.az

Baxış sayı: 33