Elm-təhsil
26.11.2018 / 17:25

“Uğurlu karyeraya gedən yol" mövzusunda təlim keçirilib- Aİİ-də(Foto)

 “Uğurlu karyeraya gedən yol" mövzusunda təlim keçirilib-
Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Uğurlu karyeraya gedən yol" mövzusunda təlim keçirilib.

Aİİ-nin Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminarı açaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsiyönündə müxtəlif mövzularda seminarlar və görüşlər təşkil edir.

Z.Əliyeva mövzunun əhəmiyyətinə toxunaraq, tələbələrdə vətənpərvərlik hisslərinin gücləndirilməsi, mütaliə, gənclərə məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsindəbelə tədbirlərin xüsusi rol oynadığını vurğulayıb.

Xəzər Universiteti Karyera İnkişaf Mərkəzinin koordinatoru Ülviyyə Hüseynli“Uğurlu karyeraya gedən yol” mövzusunda çıxış edərək bildirib ki, təlimin məqsədiistedadlı gənclərə müstəqil ixtisas seçimini təbliğ etməklə gələcəkdə peşəkar kadrların yetişdirilməsi istiqamətində maarifləndirici işlər görməkdir.

Məruzəçi qeyd edib ki, hazırdayalnlz nəzəri biliklərə sahib olan gənclərə deyil, həmin bilikləri praktikada tətbiq edə biləcək çevik, yüksək intellektə malik kadrlara ehtiyac vardır.

Ü.Hüseynli “İstəklərimiz, yoxsa bacarıqlarımız?”, “Uğurlu karyeraya gedən yol nələrdən keçir?”, “Düzgün ixtisas seçməməyin mənfi nəticələri” mövzularında çıxış edib, tələbələrin suallarını cavablandırıb.



İnform.az

Baxış sayı: 196