Türk dünyası
26.11.2018 / 15:45

Türkiya-İran sərhədində ATIŞMA

Türkiya-İran sərhədindəPKK terrorçuları Türkiyə-İran sərhədində, İğdır vilayətində hərbi hissəni minaatanlardan atəşə tutublar.

Trend-in məlumatına görə, bundan sonra terrorçularla türk hərbçilər arasında atışma başlayıb.

İnsident nəticəsində bir hərbi qulluqçunun yaralandığı bildirilir.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən ölkə ərazisində PKK-ya qarşı 87 838 əməliyyat keçirilib, 289 terrorçu məhv edilib. 2017-ci ildə 380, cari ildə isə 343 PKK-çı təslim olub.




İnform.az

Baxış sayı: 156