Hüquq
26.11.2018 / 12:05

Yeşik sexinin sahibi cəzalanıb

Yeşik sexinin sahibi cəzalanıbEkologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Oğuz rayonu ərazisində keçirilən reyd zamanı rayonun Xaçmaz kəndi ərazisində fəaliyyət göstərən yeşik hazırlanansexdə 19,34 m3 həcmində fıstıqvə ağcaqayın cinsli meşə materialı aşkar edilib.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, faktla bağlı sexin sahibi Qəbələ rayon sakini İlkin Mirzəyev barəsində akt tərtib edilib və ona meşə fonduna dəyən 2643,6manat məbləğində ziyan tətbiq olunub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.


İnform.az

Baxış sayı: 164