Hüquq
30.07.2015 / 13:22

Qaxda narkotik bitki məhv edilib

Qaxda narkotik bitki məhv edilib

Qaxda külli miqdarda narkotik tərkibli bitki məhv edilib.

Rayon Polis Şöbəsindən verilən məlumata görə, Qax RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik tərkibli bitkilərin olduğu ərazilərin aşkarlanaraq məhv edilməsi istiqamətində əməliyyat tədbiri keçirib. Tədbir nəticəsində rayonun Fıstıqlı kəndi yaxınlığında meşə zolağının boş istifadə olunmayan 3.5 hektar ərazidə yabanı halda bitmiş narkotik tərkibli bitki hesab edilən çətənə kolları aşkarlanıb.

Ərazidən ümumi çəkisi 3 ton 250 kq olan, 7244 ədəd çətənə kolu yığılaraq yandırılıb.

İnform.az

Baxış sayı: 348