Baş xəbər, Din
23.11.2018 / 11:15

Mübariz Qurbanlı vətəndaşları qəbul edəcək- İMİŞLİDƏ

Mübariz Qurbanlı  vətəndaşları qəbul edəcək-Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam edir.

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı noyabrın 27-də İmişli şəhərində Sabirabad, Saatlı, İmişli, Beyləqan və Xocavənd rayonlarının sakinlərini qəbul edəcək.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, qəbul saat 11:00-da İmişli rayon Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbula gəlmək istəyən vэtəndaşlardan Dövlət Komitəsinin İmişli bölgəsi üzrə şöbəsinə müraciət etmələri xahiş olunur.

DQİDK-nın bölgə şöbə müdiri: Cavanşir Bəhrəmov

Əlaqə vasitələri:


Mob: (050) 562-72-32

Telefon: (02124) 6-62-99

Elektron poçt ünvanları:

e-mail:chairman@scwra.gov.az
info@scwra.gov.az
dk-imishli@scwra.gov.az



İnform.az

Baxış sayı: 167