Sosial
22.11.2018 / 14:25

Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinə əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verilib- FOTO

Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinə əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verilib-
Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinə əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində aparılanislahatlar barədə məlumat verilib.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləriİan Duqlas Travers, Gidrius Kadziauskas, özəl sektor üzrə layihə rəhbəri Lili Begiaşvili ilə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi, bu sahədə innovativ yanaşmaların tətbiqi məqsədilə aparılan islahatlar barədə məlumat verib.

M.Kərimli islahat tədbirlərinin əmək münasibətləri prosesində mülki-hüquqi münasibətlər formasından sui-istifadə hallarının qarşısının alınmasına, həyata keçirilən nəzarət tədbirlərinin mütərəqqi sistemlə əvəz olunmasına, videoçəkilişlərin aparılması, elektron protokolların tərtibi imkanlarının reallaşdırılmasına yönəldiyini deyib. Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sisteminin bu sahənin inkişafı üçün verdiyi imkanlardan bəhs olunub.

Qeyd edilib ki, bu sistemin digər aidiyyəti dövlət qurumlarının informasiya ehtiyatlarına inteqrasiyası əsasında ölkə üzrə əmək münasibətlərinə vahid elektron nəzarət etmək imkanı yaranacaq.

Aparılan islahatların sürətləndirilməsi üçün nazirlikdə İşçi Qrupunun fəaliyyət göstərdiyi, həyata keçirilən islahatlarda BƏT-lə fəal əməkdaşlığın həyata keçirildiyi, əmək qanunvericiliyi və bu qanunvericiliyin tətbiqi ilə bağlı işəgötürənlər arasında ardıcıl maarifləndirmə işlərinin aparıldığı da diqqətə çatdırılıb.

Beynəlxalq Maliyyə Korporasiyasının ekspertləri ölkəmizdə əmək müfəttişliyinin fəaliyyətinin təkmilləşdirilməsi üçün həyata keçirilməsi nəzərdə tutulan islahatların təqdirəlayiq olduğunu bildirib, risk əsaslı yanaşmaların tətbiqi ilə bağlı öz təkliflərini diqqətə çatdırıblar.

Beynəlxalq Maliyyə Korporasiyasının ekspertlərinə əmək müfəttişliyi sisteminin təkmilləşdirilməsi sahəsində aparılan islahatlar barədə məlumat verilib-




İnform.az

Baxış sayı: 155