Din
22.11.2018 / 14:30

"Ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri həmrəylik şəraitində yaşayıblar"- Qağayı Məmmədov(Foto)

"Ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri həmrəylik şəraitində yaşayıblar"-
Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lerik rayonu Bırkandul kənd məscidi dini icmasının təşkilatçılığı ilə keçirilən “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə rolu” adlı layihə çərçivəsində “Dövlət-din münasibətlərinin Azərbaycan modeli” mövzusunda maarifləndirici tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, Lerik rayonu Bırkandul kənd məscidində keçirilən tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşı Azər Həsənov, Lerik Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov, Lerik RİH başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Ceyhun Həsənov, Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının sədri və imamı Rauf Əliyev, Bırkandul kənd məscidi dini icmasının sədri Şəfahət Heydərov və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət-din münasibətlərinin Azərbaycan modeli haqqında tədbir iştirakçılarına məlumat verib.

Q.Məmmədov ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələrinin həmrəylik şəraitində yaşadığını, heç bir ayrı-seçkiliyə məruz qalmadıqlarını, tolerant və multikultural dəyərlərin mövcud olduğunu bildirib.

Lerik RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Rafiq Əzizov çıxışında milli-mənəvi dəyərlərin və İslam həmrəyliyinin təbliğ edilməsinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyətindən danışıb.

Lerik rayonu Lüləkəran kənd məscidi dini icmasının sədri və imamı Rauf Əliyev çıxışında İslam dininin sülh, mərhəmət və həmrəylik dini kimi, milli-mənəvi dəyərlərimizin ayrılmaz tərkib hissəsi olduğunu qeyd edib.

Lerik RİH başçısının Nüvədi kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini Ceyhun Həsənov, Bırkandul kənd məscidi dini icmasının sədri Şəfahət Heydərov və digərləri çıxışlarında keçirilən layihənin əhəmiyyətini vurğulayaraq Mənəvi Dəyərlərin Təbliği Fonduna minnətdarlıqlarını ifadə ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

"Ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri həmrəylik şəraitində yaşayıblar"-


"Ölkəmizdə tarixən müxtəlif dinlərin nümayəndələri həmrəylik şəraitində yaşayıblar"-




İnform.az

Baxış sayı: 484