Rəsmi, Baş xəbər
21.11.2018 / 18:35

Azərbaycan Prezidenti livanlı həmkarını təbrik edib

Azərbaycan Prezidenti livanlı həmkarını təbrik edibPrezident İlham Əliyev Livan Respublikasının Prezidenti Mişel Auna təbrik məktubu göndərib.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident, Livan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Livan xalqına sülh və rifah diləyirəm."



İnform.az

Baxış sayı: 341