Baş xəbər, Hərbi
21.11.2018 / 14:25

Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib- Foto-Video

Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib-
Noyabrın 21-də Bakı şəhərində Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Vladimer Çaçibaia arasında üçtərəfli görüş keçirilib.

İnform.az MN-nin Mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri ətraflı müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.

Tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini xüsusi qeyd ediblər.

Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.

Sonda görüşün yekunlarına dair birgə protokol imzalanıb, kütləvi informasiya vasitələri nümayəndələri üçün brifinq təşkil olunub.

Azərbaycan Müdafiə naziri, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəisləri arasında üçtərəfli görüş keçirilib-





İnform.az

Baxış sayı: 190