Din
21.11.2018 / 11:45

“Zərərli vərdişlər, dini radikalizm və onların fəsadları” mövzusunda tədbir keçirilib- Lənkəranda(Foto)

“Zərərli vərdişlər, dini radikalizm və onların fəsadları” mövzusunda  tədbir keçirilib-
Dünən Mənəvi Dəyərlərin Təbliği Fondunun dəstəyi və Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının təşkilatçılığı ilə həyata keçirilən “Milli-mənəvi dəyərlərimizin təbliği dini radikalizmə qarşı mübarizə vasitəsi kimi” adlı layihə çərçivəsində Lənkəran Peşə Liseyində “Zərərli vərdişlər, dini radikalizm və onların fəsadları” mövzusunda maarifləndirici tədbir keçirilib.

İnform.az-ın xəbərinə görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin əməkdaşları Emin Həmidli, Tacəddin Sadıqov, Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov, Lənkəran şəhəri Kiçik Bazar “Hüseyniyyə” məscidi dini icmasının sədri Eyvaz Mirişov, Peşə Liseyinin müəllimləri və tələbələr iştirak edib.

Tədbiri giriş sözü ilə açan Lənkəran Peşə Liseyinin direktoru Afər Kərimov çıxışında mövzunun əhəmiyyətinə toxunub. A.Kərimov İslam dininin elm, mədəniyyət dini olduğunu, yüksək əxlaqi və mənəvi dəyərləri özündə ehtiva etdiyini vurğulayıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxışında həmrəylik, tolerantlıq və dözümlülük dini olan İslam dininin dünya sivilizasiyasının mühüm səhifəsini təşkil etdiyini, xalqımızın milli-mədəni inkişafında müstəsna rol oynadığını bildirərək, islami dəyərlərin və ənənələrin ölkəmizdə həmişə uca tutulduğunu qeyd edib.

Q.Məmmədov dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması, eyni zamanda erkən nikahların qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlərdən də danışıb.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Tacəddin Sadıqov çıxışında zərərli vərdişlər və onların fəsadları haqqında məlumat verərək, gənclərin bu baxımdan maarifləndirilməsinin vacibliyini bildirib.

DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli çıxışında dini radikalizm və onun fəsadları haqqında məlumat verərək, dövlətin yeniyetmə və gənclərin zərərli vərdişlərin, dini radikalizmin təsirlərindən qorunması istiqamətində həyata keçirdiyi tədbirləri iştirakçıların diqqətinə çatdırıb.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

“Zərərli vərdişlər, dini radikalizm və onların fəsadları” mövzusunda  tədbir keçirilib-


“Zərərli vərdişlər, dini radikalizm və onların fəsadları” mövzusunda  tədbir keçirilib-



İnform.az

Baxış sayı: 911