Elm-təhsil
21.11.2018 / 10:50

Beynəlxalq tələbə həftəsinə həsr olunan yekun tədbir keçirilib- NDU-da(Foto)

 Beynəlxalq tələbə həftəsinə həsr olunan yekun tədbir keçirilib-
Naxçıvan Dövlət Universitetində Beynəlxalq Tələbə həftəsinə həsr edilmiş yekun tədbir keçirilib.

Bu barədə İnform.az-a NDU-nin Televiziya , mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.

Məlumata görə, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov tədbiri giriş sözü ilə açaraq Beynəlxalq tələbə həftəsi çərçivəsində keçirilən tədbirlərin əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili olduğunu bildirib.

“Kitabxanaçılıq və informasiya” ixtisası üzrə IV kurs tələbəsi Elvin Məmmədli və “Bilogiya müəllimliyi” ixtisası üzrə III kurs tələbəsi Sima Bayramovaölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nəzərə çatdırıblar.

Bildirilib ki, ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.

Sonda Beynəlxalq tələbə həftəsi çərçivəsində keçirilmiş müsabiqələrdə yer tutmuş tələbələr mükafatlandırılıb.

 Beynəlxalq tələbə həftəsinə həsr olunan yekun tədbir keçirilib-


 Beynəlxalq tələbə həftəsinə həsr olunan yekun tədbir keçirilib-



İnform.az

Baxış sayı: 137