Hüquq
21.11.2018 / 10:30

Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Prokurorluğa göndərilib

Ağac kəsintisi ilə bağlı toplanmış sənədlər Prokurorluğa göndərilibBakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə reyd keçirilib.

ETSN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, reyd zamanı Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində köküstəyaş 44 sm diametrliyində söyüd ağacınınicazəsiz kəsildiyi aşkar edilib.

Araşdırma zamanı ağacın Suraxanı rayon sakini Allahverdi Rzayev tərəfindən kəsildiyi müəyyən olunub.Faktla bağlı təqsirkar barəsində akt tərtib edilib və təbiətə 1800 manat məbləğində ziyan dəydiyi məlum olub.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Suraxanı rayon

Prokurorluğuna göndərilib.



İnform.az

Baxış sayı: 148