Hadisə
20.11.2018 / 11:45

Gəncədə partlayışda ölən daha 2 nəfərin meyiti dağıntılar altından çıxarılıb

Gəncədə partlayışda ölən daha 2 nəfərin meyiti dağıntılar altından çıxarılıbGəncə şəhərinin Kəpəz rayonunda yaşayış binasında baş vermiş qəza hadisəsi ilə əlaqədar aparılan axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altından daha iki nəfərin, 1971-ci il təvəllüdlü Tağıyeva Nigar Tağı qızı və 1994-cü il təvəllüdlü Heydərov Hüseyn Oktay oğlunun meyiti tapılaraq çıxarılıb.

İnform.az FHN-nin Mətbuat xidmətində istinadən xəbər verir ki, ümumilikdə, ərazidə aparılan axtarış-xilasetmə tədbirləri nəticəsində dağıntılar altından 3 nəfərin meyiti çıxarılıb, 1 nəfər yaralı vəziyyətdə aşkar edilərək xilas edilib.

Əməliyyat davam edir. Əlavə məlumat veriləcək.


İnform.az

Baxış sayı: 45