Baş xəbər, Hüquq
20.11.2018 / 10:05

"Borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılıb"-Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 119 cinayət faktı qeydə alınmış, onların da 17-si “isti izlər”lə açılıb.

Əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 35 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 24 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 3 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb.



İnform.az


Baxış sayı: 115