Sosial
19.11.2018 / 17:30

Şikayət yerində araşdırılıb

Şikayət yerində araşdırılıbEkologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Ağsu rayonu Gəgəli kəndindəqışlaq otlaq sahələrinin şumlanması ilə bağlı daxil olan məlumat Nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, araşdırma zamanı Gəgəli bələdiyyəsinə məxsus örüş torpaq sahəsindəAğsu rayonu sakini Habil Mütəllimov tərəfindən icazəsiz şumlama işlərinin aparıldığı və köküstə yaş 400 ədəd yulğun kolunun məhv edildiyi məlum olub.

Faktla bağlı təqsirkar barəsində akt tərtib edilibvə təbiətə 32000 manat məbləğində ziyan dəydiyi hesablanıb.

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymətin verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Ağsu rayon Prokurorluğuna göndərilib.



İnform.az

Baxış sayı: 98