Elm-təhsil
19.11.2018 / 17:28

Beynəlxalq Tələbə həftəsi çərçivəsində Mikayıl Müşfiqin xatirəsi anılıb- FOTO

Beynəlxalq Tələbə həftəsi çərçivəsində Mikayıl Müşfiqin xatirəsi anılıb-
Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsində Beynəlxalq Tələbə həftəsi çərçivəsində Mikayıl Müşfiqin 110 illiyinə həsr olunmuş tədbir keçirilib.

Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin2018-ci il mayın 17-də görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin anadan olmasının110 illiyinin qeyd edilməsi haqqında imzaladığı sərəncamını diqqətə çatdırıb.

Fakültənin dekanı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günay Məmmədova Beynəlxalq tələbə həftəsi münasibətilə tələbələri təbrik edib. Vurğulanıb ki, əsərlərində forma yeniliyi, məzmun genişliyi, romantik əhval və yüksək həyat eşqi əks olunan Müşfiqin adı 1930-cu illər totalitarizminin qurbanına çevrilən məsum insanların xatirəsinin rəmzi və nakam şair obrazı kimi xalqın yaddaşında yaşayır.

Sonra bədii hissədə şairin həyat və yaradıcılığını əks etdirən kompozisiya nümayiş etdirilib.

Şairin şeirlərindən ibarət bədii qiraət, şeirlərinə bəstələnmiş mahnılar tədbirə xoş ovqat bəxş edib.

Beynəlxalq Tələbə həftəsi çərçivəsindətələbələrin əl işlərindən ibarət sərgiyə baxış olub.

Beynəlxalq Tələbə həftəsi çərçivəsində Mikayıl Müşfiqin xatirəsi anılıb-


Beynəlxalq Tələbə həftəsi çərçivəsində Mikayıl Müşfiqin xatirəsi anılıb-



İnform.az

Baxış sayı: 112