Baş xəbər, Texnologiya
19.11.2018 / 12:15

MilliNet-2018 münsiflərinin yeni tərkibi təsdiqlənib

MilliNet-2018 münsiflərinin yeni tərkibi təsdiqlənibMilli İnternet Mükafatı - MilliNet 2018 müsabiqəsində internet resursların qeydiyyatı davam edir. Qeydiyyatın başa çatmasına bir gün qalıb.20 noyabrtarixdə, saat 00.00-da qeydiyyat başa çatacaq.
MilliNet-in Təşkilat komitəsindən İnform.az-a verilən məlumata görə, bu günədək müsabiqəyə 19 Nominasiya üzrə340 internet resurs təqdim edilib və Müsabiqə Qaydalarına uyğun olan 251resurs müsabiqəyə qəbul edilib.

MilliNet TK müsabiqənin şəffaf və ədalətli ,Qaydalara uyğun olaraq keçirilməsi üçün zəruri addımlar atır.

Dahapeşəkar, müstəqil və obyektivliyi ilə seçilən mütəxəssis və ekspertlərin münsif olaraq seçilməsinə diqqət yetirilir.

Münsiflərin tərkibi müntəzəm olaraq yenilənir.

MilliNet 2018 münsiflərinin yeni tərkibi də artıq formalaşıb.

Yeni seçilmiş 12 münsif də bu il internet resursların qiymətləndirilməsində iştirak edəcək.

Münsiflərin qiymətləndirməsi həlledicidir, hərhansı appelyasiya qəbul edilmir.

Bu il saytları üç istiqamət üzrə 15 münsif, mobil tətbiqləri 5 münsif və sosial media resurslarını 3 münsif qiymətləndirəcək.

Münsiflərə aidiyyatı olan hərhansı resursun müsabiqədə iştirakına yol verilmir.

Milli Net TK bildirirki, müsabiqəQaydalarınauyğunolaraqqiymətləndirmə iki mərhələdə həyata keçirilir.

21 noyabr tarixdən 1-ci mərhələ səs vermə prosesi başlayır və noyabrın 30-da saat 00.00-da başaçatacaq.

1-ci mərhələ səsvermənin nəticələrinə əsasən hər bir nominasiya üzrə nominantlar müəyyən olunacaq.

Bu nominantlar içərisindən 2-ci mərhələ səsvermə nəticəsində qalib saytlar seçiləcək.

2-ci səsvermə prosesi dekabrın əvvəli başlayacaq və dekabrın 15-də yekunlaşacaq.

Münsiflərin 2 -ci mərhələ səsvermədə verdikləri qiymətlər təqdimat mərasimindən sonra açıqlanacaq.

Qaliblərin mükafatlandırılması ilə bağlı təqdimat mərasiminin dekabrın sonunda keçirilməsi nəzərdə tutulub.

Hazırdaq eydiyyatdan keçən istifadəçilər müsabiqəyə qəbul edilən saytlara öz şərhlərini və rəylərini yaza bilərlər.

Milli İnternet Mükafatına Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi rəsmi dəstək verir.

MilliNet-in Baş sponsoru AzerTelecom şirkətidir.

Müsabiqəyə Lenovo, BestComp, İnnovasiyalarMərkəzi, NOVA və NEURON şirkətləri də dəstək verirlər.



İnform.az


Baxış sayı: 134