Elm-təhsil
19.11.2018 / 11:40

NDU-nin kollektivi Dövlət Bayrağı Muzeyində olub- FOTO

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı haqqında” 2014-cü il 17 noyabr tarixli Sərəncamına əsasən hər il noyabr ayının 17-si Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Bu münasibətlə Naxçıvan Dövlət Universitetinin kollektivi Dövlət Bayrağı Muzeyində olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 22 avqust sərəncamı ilə “Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılması haqqında” Sərəncamına əsasən Naxçıvan Şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.

Unikal quruluşa malik Bayraq Muzeyində ümumilikdə 134 eksponat mühafizə olunur və nümayiş etdirilir.

Muzeydə Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında qəbul olunmuş “Naxçıvan Muxtar Respublikasının Dövlət rəmzləri haqqında” Qərar və həmin tarixi günə aid fotoşəkillər nümayiş olunur.

Tarixən Naxçıvan ərazisində mövcud olmuş dövlətlərin, eləcə də Naxçıvan xanlığının bərpa olunmuş bayraqları, gerbləri və inzibati xəritələri, Naxçıvan xanlığının süvari dəstələrinə verilən bayraqlar, döyüşçü libasları, Naxçıvan Muxtar Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları muzeyin ekspozisiyasında yerləşdirilib.

Muzey dövlət atributlarımızın tarixinin öyrənilməsi, təbliği və gələcək nəsillərə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.

NDU-nin  kollektivi Dövlət Bayrağı Muzeyində olub-


NDU-nin  kollektivi Dövlət Bayrağı Muzeyində olub-



İnform.az

Baxış sayı: 32