Dünya
19.11.2018 / 02:15

Tramp öz işinə qiymət verdi

Tramp öz işinə qiymət verdiABŞ prezidenti Donald Tramp dövlət başçısı postunda fəaliyyətini dəyərləndirib.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, o, “Fox News”a müsahibəsində öz işinə 5+ qiymətini verə biləcəyini deyib.

“Fikrimcə, yaxşı işləyirəm. Bundan zəhləm getsə də, edəcəyəm bunu. Özümə 5+ qiymətini verərdim. Kifayətdir? Daha yüksək qiymət verə bilərəm?”, - deyə o vurğulayıb.

Tramp nailiyyətləri sırasında inkişaf edən ABŞ iqtisadiyyatını, habelə Şimali Koreya ilə münasibətlərdəki irəliləyişi qeyd edib.


İnform.az

Baxış sayı: 60