Türk dünyası, Baş xəbər, Ədəbiyyat
19.11.2018 / 11:00

"Tut ağacı" yaddaşlardan silinməyəcək- FOTO

"Tut ağacı"  yaddaşlardan silinməyəcək-

Ahıska türklərinin sürgün illəri Türkiyəli yazarın yeni romanında yer alıb.

İnform.az-ın xəbərinə görə, Ahıska türklərinin vətənlərindən sürgün edilmələrini bütün aydınlığı ilə ərsəyə gətirilən "Tut ağacı" adlı bu kitab 14 noyabr 2018-ci il-sürgün illərinin yetmiş dördüncü ilində oxucuların ixtiyarına verilib.

14 noyab 1944-cü ildə Gürcüstanın Ahıska bölgəsində yaşayan on minlərlə Ahıska türkü doğma yurdundan, ev-eşiyindən qovularaq, sürgünə məruz qalır.

Ahıska türkləri sovet torpaqlarında dörd bir tərəfə səpələnərək, qatarlarda günlərlə yol gedir, çoxlu insan kəskin şaxta-soyuq nəticəsində donaraq yollarda ölürdü.

ABŞ, Türkiyə, Rusiya, Qırğızıstan, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Ukrayna, Kipr, Gürcüstanda yaşayan ahıska türklərinin problemləri illərdir hələ də bitmək bilmir.

O illərin açıları, o yolçuluqlar yetmiş dörd il sonra yazar Tayfun Atmacanın "Tut ağacı" kitabında təkrar boy ataraq, oxucuya o günləri anladır.

Romanda sürgün illərində yeddi yaşında olan Şahbəndərin Gürcüstanda başlayan hekayəsi Özbəkistanda, Azərbaycan və Qırğızıstanda davam edir.

"Yade Kitap"nəşriyyatında çapdan çıxan "Tut ağacı"-da ahıska türklərinin sürgün illəri içdən bir baxışla işıqlandırılır.

Yazar "Tut ağacı" kimi heybətli, bərəkətli və kökləri güclü bir ağac adıyla ərsəyə gələn romanda illərdir yerini yurdunu, torpağını itirənləri bu əsərdə anır.


"Tut ağacı"  yaddaşlardan silinməyəcək-


Müəllif haqqında:


Tayfun Atmaca 1962-ci il fevralın 2-də Türkiyənin Elazığ vilayətində doğulub.

İbtidai və orta təhsilini Balıkeşirdə alıb, liseyi isə Ankarada bitirib.

1985-ci ildə Əskişəhər Anadolu Universitetinin İdarəçilik fakültəsinə daxil olur.

Ali təhsilini 1989-cu ildə başa vuran Tayfun Atmaca, 1995-1997-ci illərdə BDU-nun Beynəlxalq əlaqələr fakültəsində "XX əsrin sonunda Azərbaycan-Türkiyə münasibətləri"mövzusunda diplom , 2007-ci ildə həmin Universitetin Beynəlxalq Əlaqələr fakültəsində "Qloballaşma dövründə Türkiyə-Azərbaycan" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək diplom alıb.

Xarici ölkədən aldığı ali təhsil və doktorluq diplomları YÖK(Yüksək Öyrənim Kurulu)-də təsdiq olunub.

1986-1996-cı illərdə "Türkiyə"qəzetində, TGRT, İHA və TRT-də jurnalist kimi fəaliyyət göstərib.

1996-1999-cu illərdə Türkiyənin Energetika nazirliyinin nəzdində fəaliyyət göstərən TEDAŞ-da mətbuat müşaviri, 2002-ci ildə Nazirlər kabinetində mətbuat müşaviri olaraq çalışıb.

Elə həmin ildə Nazirlər kabinetinin tabeçiliyində olan, qısa adı TİKA kimi tanınan "Türk İşbirliyi ve Koordinasyon Ajansı"nda mütəxəssis köməkçisi olaraq işə başlayıb.

2004-cü ildə "Texniki yardım layihələrinin hazırlanması, uyğulanması, nəzarəti və dəyərləndirilməsi" adlı tezisi ilə TİKA-da mütəxəssis kimi fəaliyyətə başlayıb.

2004-2006-cı illər arasında TİKA-nın Arnavutluq Proqram ofisində əlaqələndirici yardımçısı, 2009-2010-cu illərdə TİKA-nın Qırğızıstan Proqram Ofisində əlaqələndirici vəzifələrində çalışıb.

Bundan əlavə 1995-1998-ci illər arasında Azərbaycan Dövlət İqtisad Universitetində, 2009-2010-illərdə Qırğızıstanın Çüy Universitetində, Celal Abad İqtisad və Sahibkarlıq Universitetində qonaq qismində müəllim kimi iqtisadiyyat və beynəlxalq əlaqələr sahəsində dərs deyib.

Hazırda Türkiyənin Mədəniyyət və Turzim Nazirliyinin nəzdində fəaliyyət göstərən TİKA-da mütəxəssi olaraq çalışır.

Ailəlidir iki övladı var.


İnform.az

Baxış sayı: 105