Dünya
17.11.2018 / 12:40

Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcək

Netanyahu İsrailin Müdafiə Nazirliyinə rəhbərlik edəcəkİsrailin baş naziri Binyamin Netanyahu Aviqdor Libermanın istefasından sonra ölkənin müdafiə naziri vəzifəsinin səlahiyyətlərini icra edəcək.

İnform.az oxu.az-a istinadən xəbər verir ki, Netanyahu bundan sonra iki vəzifədə eyni zamanda çalışacaq.

Xatırladaq ki, bundan öncə o, ölkənin xarici işlər nazirinin də səlahiyyətlərini icra edirdi.

Aviqador Liberman noyabrın 14-də istefaya getdiyini bəyan edib.

O, bunu baş nazirlə aralarında olan ciddi fikir ayrılıqlarının olması ilə izah edib.


İnform.az

Baxış sayı: 60