Maqazin
17.11.2018 / 12:30

"Artıq müsəlman deyiləm"- Zeyn Malik

"Artıq müsəlman deyiləm"-"One direction” qrupunun keçmiş üzvü, müğənni Zeyn Malik son müsahibə verib.

İnform.az axşam.az-a istinadən xəbər verir ki, o, açıqlamasında artıq müsəlman olmadığını deyib.

Zeyn bildirib ki, heç bir dinə inanmır:

“İnsanların dini inanclarının yalnız özlərini və inandıqları insanları maraqlandırdığını düşünürəm. Müəyyən bir yeməyi eyni formada yemək və gündə beş dəfə eyni dildə dua etməyin gərəkli olduğuna inanmıram. Yalnızca yaxşı insansınızsa, hər şeyin sizin üçün yaxşı olacağına inanıram”.

Sevilən müğənninin bu sözləri izləyicilərini iki hissəyə bölüb.

Bəziləri ona haqq qazandırıb, bəziləri isə tənqid edib.


İnform.az

Baxış sayı: 70