Baş xəbər, Sosial
17.11.2018 / 12:15

Özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış keçirilib- Şəmkirdə(Foto)

Özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış keçirilib-
Bu il rayonda ötən illə müqayisədə 8 dəfə çox olmaqla 160 ailə bu proqrama cəlb olunub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovla birgə özünüməşğulluq proqramı çərçivəsində rayonda yaradılan kiçik ailə təsərrüfatlarından bir neçəsi ilə tanış olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, özünüməşğulluq proqramına 2018-ci ildə Şəmkir rayonu üzrə 160 ailə cəlb olunub ki, bu da əvvəlki illə müqayisədə 8 dəfə çoxdur. Onların bir hissəsi də əlilliyi olan insanlar (o cümlədən Qarabağ müharibəsi əlilləri) və şəhid ailələridir.

Rayonda proqrama cəlb olunan ailələrdən artıq 20-yə qədər ailəyəbiznes-planlarına uyğun mal və materiallartəqdim edilib.

Verilmiş mal və materiallar hesabına onlar əsasən heyvandarlıq sahəsi üzrə kiçik təsərrüfatlarını qurublar. Digər proqram iştirakçılarının da mal və materiallarla təminatı işləri davam etdirilir.

S.Babayev proqram iştirakçıları ilə görüşərək, onların özünüməşğulluq proqramı çərçivəsində yeni qurduqları ailə təsərrüfatları ilə bağlı fikirlərini, planlarını öyrənib.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən icra olunan bu proqram yalnız aktivlər verilməklə yekunlaşmır, onlara bu təsərrüfatları genişləndirmək üçün müvafiq məsləhət xidmətlərinin göstərilməsi də nəzərdə tutulub.

Əsas məqsəd ondan ibarətdir ki, aztəminatlı ailələr özünüməşğulluq proqramının yaratdığı imkanlardan istifadə edərək öz uğurlu kiçik bizneslərini qura, gəlirlərini artıra bilsinlər, sahibkarlığa keçid imkanı əldə etsinlər.

Özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarını quran insanlar aztəminatlı ailələrin rifah halının yaxşılaşdırılması üçün göstərilən qayğıya, yaradılan imkanlara görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.

Özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış keçirilib-


Özünüməşğulluq proqramı çərçivəsində yaradılan kiçik ailə təsərrüfatlarına baxış keçirilib-



İnform.az

Baxış sayı: 62