Baş xəbər, Dünya
17.11.2018 / 11:55

Merkel üzr istədi... KİMDƏN?

Merkel üzr istədi...Almaniya kansleri Angela Merkel miqrasiya siyasətində ən böyük səhvi buraxdığını etiraf edib.

İnform.az modern.az-a istinadən xəbər verir ki, noyabrın 16-da Hemnits şəhərinə səfər edən kansler yerli sakinlərlə görüşdə bunu deyib.

Avqustun sonlarında yerli sakinin İraq və Suriya vətəndaşları tərəfindən bıçaqlanaraq qətlə yetirilməsini xatırlayan Merkel bunun ölkədə ciddi gərginliyə səbəb olduğunu etiraf edib.

“Hemnits şəhərində bütün ölkəni silkələyən dəhşətli cinayət baş vermişdi. Dünyanın bəzi ölkə və regionlarını yaşamaq üçün təhlükəsiz hesab etməməklə miqrant axını azaltmamışıq və buna görə hökumətin günahını etiraf edirəm”.

Merkelin səfəri şəhər sakinləri tərəfindən də ciddi etirazla qarşılanıb.


İnform.az

Baxış sayı: 59