Elm-təhsil
17.11.2018 / 11:50

Bağçadakı davranışlar və nailiyyətlərlə arasındakı əlaqə

Bağçadakı davranışlar və nailiyyətlərlə arasındakı əlaqəBir uşağın hissləri anlaya bilməsinin və bunları dünya ilə əlaqələndirə bilməsinin nə qədər vacib olduğunu göstərən yeni bir tədqiqat yayımlanıb.

Hər valideyn uşaqlarına paylaşmağı, başqaları ilə xoş rəftar etməyi, kin və kədər kimi duyğuların necə öhdəsindən gələcəyini öyrətməyin yaxşı bir şey olduğunu bilir. Ancaq aramızdan neçə nəfər bu sosial və emosional bacarıqların uşağımızın uzun müddətli uğuru üzərində nə qədər təsirli olduğunu bilir?

İnform.az azedu.az-a istinadən xəbər verir ki, 800 uşağı 20 il ərzində bağça illərindən iyirmi yaşlarının ortalarına qədər təqib edən çox geniş əhatəli tədqiqat, bir uşağın bağçadakı bacarıqları ilə yetişkinliyinin ilk illərindəki uğuru arasında əlaqə olduğunu ortaya qoyub.

Araşdırmalara görə, bağçada kömək etməyi sevən uşaqlar universitetdən məzun olmağa və 25 yaşında işə girməyə daha çox meyilli olur. Bağça tələbəsi olaraq münaqişələri həll etmək, paylaşmaq, iş birliyi etmək mövzusunda problemlər yaşayan uşaqlar isə lisey və ya universitetdən məzun olma ehtimalı az olur, maddə asıllığı olan insanlara çevrilir və qaydalara daha çox qarşı gəlirlər.

Emosional bacarıqlar öyrədilə bilər


Penn State Universiteti və Duke Universiteti tədqiqatçıları araşdırmaları davam etmək üçün bağça şagirdlərinin sosial bacarıqları mövzusunda müəllimləri tərəfindən 1991-ci ildə edilən qiymətləndirmələri araşdırıb.

Müəllimlər uşaqları, başqalarını dinləmək, vəsaitlərini bölüşmək, yaşıdları ilə aralarında yaranan problemləri həll etmək və kömək etməyi sevən biri olmaq kimi faktorlara əsaslanaraq qiymətləndirib. Pozitif bacarıq və davranışlarını ölçmək üçün isə hər şagirdə ümumi qiymət verilib. Sıfır ən aşağı nəticə göstərən uşaqlara, sosial bacarıq və davranış göstərən şagirdlərə dörd qiyməti verilib.

Tədqiqatçılar daha sonra ilk yetişkinlik illərində uşaqlarda nə kimi dəyişikliyin olduğunu analiz edib. Liseyi və universiteti qurtarıb-qurtarmadıqları, işə girib-girmədikləri və cinayət işləmək, maddə asıllığı problemləri, ya da ruhi problemlər yaşayıb-yaşamadıqlarına baxılıb.

Tədqiqatın əsasında dayanan Damon Jones, uşağın inkişafında sosial və emosional bacarığın vacibliyini bildiklərini, ancaq yenə də bu bacarıqlarla uşağın uzun müddətli ümumi vəziyyəti arasında güclü əlaqə tapmağı gözləmədiklərini deyir.

Jonesə görə, əsas cəsarət verən, uşağın inkişafı müddətində sosial bacarıqların öyrədilə və öyrənə bilən olmasıdır.

Jones deyir ki, “Bəzi insanlar nəticələrə baxıb “Əgər mənim uşağım belə zəif qiymət alırsa, uğursuzluğa məhkum olunduğu mənasına gəlir?” deyə soruşa bilər”. Cavab olaraq “Qətiyyən xeyr” deyən Jones, istər məktəblər, istər valideynlər vasitəsi ilə olsun, uşaqların sosial və emosional bacarıqlarını inkişaf etdirməyinə kömək edəcək bir çox təsirli yolların olduğunu da əlavə edir.

Geniş əhatəli təsirlər


Jones tədqiqat nəticələrinin təsirlərinin olduqca geniş əhatəli olduğunu deyir. Tədqiqatın şagirdlər üçün vacib mesajı var. Sosial və emosional öyrənmək qabiliyyəti də zehni bacarıqlar qədər vacibdir.

“Ənənəvi olaraq akademik uğura daha çox yönəlmiş vəziyyətdəyik. Ancaq sayları gedərək artan tədqiqatlar vasitəsi ilə akademik uğurun insanı uğurlu edən şeylərdən sadəcə biri olduğunun xəbərdarı olmağa başladıq”.

“Məktəb dili ilə danışmaq lazımdırsa, sosial və emosional bacarıqlar motivasiya, doğru davranış qabiliyyəti qazandırır. Məktəbdə uğurlu ola bilmək və dərəcə əldə etmək üçün yetişkinlərlə birgə çalışmaq bacarığı ilə də təmin edir”.

Jones: “İş dünyasının lideri də emosional zəkanın vacibliyini bilir. Başqaları ilə birlikdə gözəl “oynaya” bilən insanları işə almaq istədiklərini bildirirlər, çünki bunun əslində hər şeyin təməlinə təsir etdiyini bilirlər”.

Emosional təlim necə mümkündür?


“Əziz valideynlər, bu tədqiqatların bizə də verdiyi mesaj var. Bu, olduqca vacib mesajdır. Emosiaları idarə etməyi öyrənmək və paylaşmaq kimi şeylərdən bəhs etdiyimizdə valideynlərin çoxu “Bəli, mən bunu edirəm” deyir. Amma sonra tam olaraq nə edəcəklərini bilmədiklərini qəbul edirlər”.

Sofia Dickens, emosional zəkanın həyat nəaliyyəti üzərindəki vacibliyindən o qədər əmindir ki, nəhayət EQtainment adlı firma quraraq uşaqların sosial və emosional əzələlərini hərəkətə gətirməyi təmin edən masa oyunları və oyuncaqları yaratmağa başlayır.

“Bu bacarıqlar olduqca sadədir və hər valideyn evdə, salonda, maşında, marketdə sıra gözləyərkən, axşam yeməyini bişirərkən, ya da yemək yeyərkən uşağına aşılaya bilər”.

Dickens ailələrin, “Qırmızı işıq, yaşıl işıq” və “Tibb” kimi uşaqların vücudlarını, düşüncələrini və duyğularını idarə etməyi öyrənmələrini təmin edən oyunlar oynaya biləcəklərini deyir.

“Hələ uşaq olduqlarına və kifayət qədər həyat təcrübələri olmadıqlarına görə onların təcrübə müddətini sürətləndirməyin tək yolu, başqa insanların təcrübələrindən yararlanmağa da sövq etməkdir”.

“Buna görə uşaqlarınızla birlikdə kitab oxuyarkən, onlara, ana xarakterin nələr hiss etdiyini və ya onu nələrin motivasya etdiyini, ya da ana xarakterin yerində olsa idi nələr edəcəyinə dair suallar verin”.

“Tədqiqat doğru olduğunu bildiyimiz bir şeyi təkrar edir: Emosional zəka, məktəbə hazır olmaq və həyat nəaliyyəti ilə konkret əlaqəyə sahibdir. Buna görə emosional zəka, uşaqlarımızı böyüdərkən əmək vermək istədiyimiz ən vacib şeylərdən biridir” deyə Dickens fikrin vurğulayır.

azedu.az

Baxış sayı: 42