Dünya
17.11.2018 / 11:02

Qaşıqçı vəliəhdin əmri ilə öldürülüb- Mərkəzi Kəşfiyyat

Qaşıqçı vəliəhdin əmri ilə öldürülüb-Camal Qaşıqçının ölüm əmrini Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd Bin Salman verib.

İnform.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Vaşinqton Post” qəzeti Mərkəzi Kəşfiyyat İdarəsindəki mənbəsinə istinadən yayıb.

MKİ-nin bununla bağlı yekun rəy hazırladığı qeyd olunub.

Buna əsasən, Məhəmməd Bin Salmanın ABŞ-dakı qardaşı, eyni zamanda Ər-Riyadın ABŞ-da səfiri olan Xalid Bin Salmanın Türkiyəyə gəlməzdən əvvəl Camal Qaşıqçı ilə arasında telefon əlaqəsinin olduğu müəyyən olunub.

Danışıqlar zamanı Xalid Bin Salman Qaşıqçının İstanbuldakı baş konsulluğa müraciət etməsi üçün heç bir təhlükənin olmadığını deyib. Məlumat görə, bu danışıq Məhəmməd Bin Salmanın tapşırığı ilə gerçəkləşdirilib.

Hələlik MKİ Xalid Bin Salmanın cinayətdə əlinin olub- olmaması haqqında məlumatlara sahib olmadığı vurğulanıb.


İnform.az

Baxış sayı: 60