Baş xəbər, Hüquq
17.11.2018 / 10:20

"Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb"- DİN-in məlumatı

"Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər saxlanılıb"-Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 117 cinayət faktı qeydə alınmış, onların da 11-si “isti izlər”lə açılıb.

DİN-nin Mətbuat xidmətindən İnform.az-verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 20 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 29 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 16 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüş, 8 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.



İnform.az

Baxış sayı: 66