Sosial
17.11.2018 / 10:10

Azərbaycan əhalisinin SON SAYI açıqlanıb

Azərbaycan əhalisinin SON SAYI açıqlanıbAzərbaycan əhalisinin sayı ilin əvvəlindən 61160 nəfər artaraq 2018-ci il oktyabr ayının 1-i vəziyyətinə 9 milyon 959 min 245 nəfərə çatıb.

İnform.az Trend-in məlumatına istinadən xəbər verir ki, bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olub.

Qeyd edək ki, əhalinin 52,9 faizi şəhərdə yaşayır, 47,1 faiz əahlisi kənd sakinləridir.

Məlumata görə, əhalinin 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.



İnform.az

Baxış sayı: 43