Elm-təhsil
16.11.2018 / 18:20

Dağlıq ərazilərdə landşaft-ekoloji şərait tədqiq edilib- FOTO

Dağlıq ərazilərdə landşaft-ekoloji şərait tədqiq edilib-
AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunun növbəti Elmi seminarında c.ü.f.d., dos. Mirnuh İsmayılovun “Relyefin morfometrik elementləri əsasında dağlıq ərazilərdə landşaft-ekoloji şəraitin tədqiqi (Daşağılçay-Girdimançay arası timsalında)” mövzusunda məruzəsi dinlənilib.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, tədqiqatçı bildirib ki, tərtib olunmuş xəritələrin təhlili nəticəsində 30°-55° dikliyə malik, 1600-3200 m hündürlükləri əhatə edən, torpaq-bitki örtüyündən məhrum olan intensiv parçalanmış relyefə malik ərazilərin yüksək morfometrik gərginliyi ilə seçildiyi müəyyən olunmuşdur. Bu ərazilərin yüksək morfometrik gərginliyi ərazidə ekzogen relyef əmələgətirən proseslərin yüksək dinamikası ilə bağlıdır. Həmçinin ayrılan 3 eko-geomorfoloji gərgin rayondan Vəndamçay-Girdimançay daha çox eko-geomorfoloji gərginliyə malikdir. Bu rayonda ərazinin 34%-i çox və şiddətli, 12% orta, 28% zəif, 26%-i isə çox zəif eko-geomorfoloji gərginliyə malik landşaftlardır.

Daşağılçay-Girdimançay və Tikanlıçay-Dəmiaraparançay rayonlarında isə eko-geomorfoloji gərginlik dərəcəsi müvafiq olaraq aşağıdakı kimi paylanmışdır: çox və şiddətli - 16% və 20%, orta - 25% və 32%, zəif -31% və 23%, çox zəif - 28% və 25% eko-geomorfoloji gərginliyə malik landşaftlardır.

Dağlıq ərazilərdə landşaft-ekoloji şərait tədqiq edilib-




İnform.az

Baxış sayı: 46