Baş xəbər, Elm-təhsil
16.11.2018 / 18:55

“Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında tələbələrin rolu” adlı dəyirmi masa keçirilib- NDU-də(Foto)

“Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında tələbələrin rolu” adlı dəyirmi masa keçirilib-
Naxçıvan Dövlət Universitetində 10-17 noyabr Beynəlxalq Tələbə Həftəsi çərçivəsində təşkil olunmuş “Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında tələbələrin rolu” adlı dəyirmi masa keçirilib.

Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin tədris və tərbiyə işləri üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Rafiq Rəhimov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə muxtar respublikada uğurla həyata keçirilir.

Bildirilib ki, muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirak edən gənclərin məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, onların hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği diqqət mərkəzindədir.

Beynəlxalq münasibətlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru Şamxal Məmmədov vurğulayıb ki, Beynəlxalq Tələbə Həftəsi çərçivəsində təşkil olunmuşbilik yarışlarının, sərgilərin keçirilməsinin əsas məqsədi gənclərin asudə vaxtlarını səmərəli keçirmələrinə, təyin olunmuş mövzular üzərində araşdırmalar aparmalarına, onların məntiqi təfəkkürünün inkişafına, habelə müasir və sağlam düşüncəli gəncliyin yetişməsinə nail olmaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun aparıcı mütəxəssisi Fərid Seyidov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanının muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının ifadəsi olduğu vurğulanıb.

Qeyd edilib ki, buna uyğun olaraq gənclərin dünyagörüşünün artırılması, intellektual potensiallarının inkişafı, ölkəsinin tarixinə, mədəniyyətinə bağlı layiqli vətəndaş kimi yetişdirilməsi, asudə vaxtlarının səmərəli təşkili daima diqqət mərkəzində saxlanılır.

Tələbələrlə diskussiya şəklində keçən dəyirma masada mövzu ilə bağlı suallar da cavablandırılıb.

“Naxçıvan Muxtar Respublikasının ictimai-siyasi həyatında tələbələrin rolu” adlı dəyirmi masa keçirilib-



İnform.az

Baxış sayı: 42