Elm-təhsil
16.11.2018 / 18:47

Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıblar- FOTO

Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıblar-
Naxçıvan Dövlət Universitetində keçirilən bilik yarışmalarının Beynəlxalq Tələbə Həftəsi çərçivəsində yekun konfransı keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov17 noyabrın Beynəlxalq tələbə günü olduğunu qeyd edərək bu tarixin 1946-cı ildə Praqada çex vətənpərvər tələbələrin ildönümünə həsr olunmuş Beynəlxalq Tələbələr Konqresində təsis edildiyini vurğulayıb, bayram kimi qeyd olunsa da faciəvi tarixi hadisə ilə bağlı olduğu qeyd edilib.

Beynəlxalq Tələbə Həftəsi çərçivəsində keçirilən bilik yarışlarının əsas məqsədinin gənclərin intellektual səviyyəsinin yüksəldilməsi, asudə vaxtlarının səmərəli təşkili olduğu bildirilib. Rektor gələcəkdə səmərəli elmi axtarışların aparılması, innovativ elmi nəticələrin əldə olunması baxımından bu cür tədbirlərin əhəmiyyətini vurğulayıb.

Universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov “Elm və təhsilin inteqrasiyası. Tələbələrdə tədqiqatçılıq qabiliyyətinin formalaşdırılması” adlı çıxışında tələbələrin yaradıcılıq axtarışlarının qiymətləndirilməsində tələbə elmi cəmiyyəti xətti ilə görülən tədqiqat işlərinin əhəmiyyətinibildirilib.

Elmi katib bu cür bilik yarışların keçirilməsinin əsas məqsədinin gənclərin cəmiyyətin sosial-iqtisadi, mədəni-mənəvi həyatında fəal iştirak etmək, öz innovativ potensialını üzə çıxarmaq, müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə etmək olduğu qeyd edilib.

“Dövlət hüququ” ixtisası üzrə II kurs magistrant Əziz Qasımov “Elmi əsərlərdə plagiatlar və qarşısının alınması” mövzusunda– özgə əsərin müəllifliyinin qəsdən mənimsənilməsi və ya öz əsərində digərinin əsərindən istinadsız istifadəsi olduğu bildirilib. Səbəblərinin isə İnternetin açıqlığı və əlçatımlığı, asanlıqla rəqəmli mətnlərin surətçıxarılması ilə izah edilib.

Prezident təqaüdçüsü, TEC–nin sədri, Riyaziyyat və informatika müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Bətülə Əlizadə “Universitet gəncliyi və elmi mühit” adlı çıxışında tələbələrin elmi-tədqiqat işlərində qazandığı nailiyyətlərə toxunub.

Sonda fakültələrarası bilik yarışmalarında fərqlənən tələbələr universitetin diplomu ilə təltif olunub.

Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıblar-


Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıblar-


Bilik yarışmalarında fərqlənən tələbələr mükafatlandırılıblar-



İnform.az

Baxış sayı: 43