Elm-təhsil
16.11.2018 / 15:45

Cİ əməkdaşı ArcGIS PROQRAMI üzrə məşğələlər keçir- FOTO

Cİ əməkdaşı ArcGIS PROQRAMI üzrə məşğələlər keçir-
AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutu “Geoinformatika və Kartoqrafiya” şöbəsinin əməkdaşı Yaşar Nəsibov ödənişsiz olaraq marağı olanlar üçün ArcGIS proqramı üzrə silsilə praktik məşğələlər keçirir.

Coğrafiya İnstitutunun konfrans zalında təşkil edilən 3 günlük təlimlərdə BDU Coğrafiya fakültəsinin tələbələri, AMEA Neft və Qaz İnstitutunun, eləcə də özəl şirkətlərin əməkdaşları və s. iştirak ediblər.

Növbəti məşğələ noyabrın 23-də Pedaqoji Universitetdə keçiriləcək.

Təlimləri keçirməkdə məqsəd doktorant, dissertant, magistr və bakalavrlara dissertasiya və buraxılış işlərinin hazırlanmasında, elmi-tədqiqat işlərinin aparılmasında yol göstərmək, proqramın imkan və qabiliyyətləri ilə onları yaxından tanış etmək, həmçinin, coğrafiya, kartoqrafiya və coğrafi informasiya sistemləri haqqında biliklər verməkdir.

Qeyd edək ki, Yaşar Nəsibov "ArcGIS I və II" səviyyəsi üzrə Türkiyə Respublikasının "Esriturkiye" şirkətinin təşkil etdiyi təlim kurslarında iştirak edərək 2001-ci ildə beynəlxalq dərəcəli sertifikat alıb.

Bundan əlavə, Y.Nəsibov bu ilin yayında Coğrafi İnformasiya Sistemlərinin proqram təminatlarından biri olan "MapInfo" proqram təminatı üzrə Ankara şəhərində "Başarsoft Bilgi Teknolojileri” şirkətinin “MapInfo Akademiyası”nda təşkil etdiyi “MapInfo Pro başlanğıc və irəli səviyyə” təlimlərində iştirak etmiş və imtahanları müvəffəqiyyətlə verərək sertifikat əldə edib.

Cİ əməkdaşı ArcGIS PROQRAMI üzrə məşğələlər keçir-


Cİ əməkdaşı ArcGIS PROQRAMI üzrə məşğələlər keçir-



İnform.az

Baxış sayı: 43