Sosial
16.11.2018 / 13:40

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfrans keçirilir

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində konfrans keçirilir
“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Qafqazda vəhşi təbiətin bərpası üzrə əməkdaşlıq” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Nazirliyin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, konfransın keçirilməsində məqsəd bioloji müxtəlifliyin qorunması, regionun təbiibərpa sahəsində potensialının inkişafı üçün prioritetləri müəyyənləşdirmək, regionda icra olunan oxşar layihələrin təcrübəsini öyrənmək, məlumat mübadiləsi aparmaq və regional əməkdaşlığı genişləndirməkdir.

Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti,İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Azərbaycan və GürcüstanınEkologiya və Ətraf Mühit nazirləri,Dünya Vəhşi Təbiət Fondunun (WWF),eləcə də Azərbaycan, Rusiya, Türkiyə, Almaniya, Hollandiya,Belarus, İranın rəsmi nümayəndələri vəbeynəlxalq mütəxəssislər iştirak edir.

Qeyd edək ki, 14 noyabr 2018-ci il tarixindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və “Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunan “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi bu gün sona çatır.



İnform.az

Baxış sayı: 186