Elm-təhsil
16.11.2018 / 13:33

“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub- FOTO

“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub-
Naxçıvan Dövlət Universitetində “Bayrağım-qürurum, mənliyim” adlı foto-video, əl işləri müsabiqəsinə yekun vurulub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən İnform.az-a verilən məlumata görə, müsabiqədə fərqlənən tələbələrin mükafatlandırılması mərasimində çıxış edən universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,Azərbaycan Respublikası Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib.

Məhz Ulu Öndər Əliyevin təşəbbüsü ilə 1990-cı ilin noyabrında müstəqiliyimizin əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olması barədə qərar qəbul edilib.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il avqustun 22-də imzaladığı Sərəncama əsasən, Naxçıvan şəhərində Dövlət Bayrağı Meydanı və Muzeyi yaradılıb.

Qeyd edək ki, tələbələr tərəfindən çəkilən və Azərbaycanın dövlət bayrağını, rəmzlərini əks etdirən foto-video, əl işləri hər bir tələbə tərəfindən hərəsindən bir nümunə olmaqla təqdim edilib. Müsabiqəyə universitetin instaqram səhifəsində yerləşdirilmək üçün ümumilikdə, 100 şəkil, 30-a yaxın video, 20-ə yaxın əl işi buraxılıb.

Qaliblər 20 gün müddətindəən çox bəyənmə alan hər nominasiya üzrə 10 yaradıcı iş arasından seçilib. Peşəkar münsiflərin rəyinə əsasən foto nominasiyası üzrə Menecment ixtisası üzrə III kurs tələbəsi Orxan Həsənov müsabiqənin qalibi olub. Mühasibat uçotu və audit ixtisası üzrə I kurs tələbəsi Əhməd Əhmədzadə II, Dövlət bələdiyyəsi ixtisası üzrə I kurs tələbəsi Emil Allahverdiyev III yeri tutub.

Dəmiryol nəqliyyatı və təsərrüfatı mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Samir Abbasov video nominasiyası üzrə qalib olub. Təhsildə qiymətləndirmə və monitorinq ixtisası üzrə I kurs magistrant Süməyya İmanova II, Kimya müəllimliyi ixtisası üzrə IV kurs tələbəsi Əfruz Mərdanov, Müalicə işi ixtisası üzrə I kurs iranlı tələbə Mojtaba Azam III yerə layiq görülüb.

Əl işlərinin qiymətləndirilməsi zamanı tələbələrin şəxsi yaradıcılıq qabiliyyətləri, ideya, mövzu axtarışları əsas götürülüb. Dünya iqtisadiyyatı ixtisası üzrə Kamal Babazadə müsabiqənin qalibi olub.

Memarlıq ixtisası üzrə I kurs tələbəsi İlahə Babayeva II, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə II kurs tələbəsi İnci Qasımova, Rus dili ixtisası üzrə III kurs tələbəsi Fatma Babayeva III, Azərbaycan dili ixtisası üzrəII kurs magistrantNuridə Məmmədova IV olublar.

Bu nominasiya üzrə həvəsləndirici yeriTəsviri incəsənət tarixi və nəzəriyyəsi ixtisası üzrə I kurs magistrlər Həbib Allahverdiyev, Şəmsiyyə Zalova tutublar.

Tələbələr təhsildə onlar üçün yaradılan şəraitə görə minnətdar olmaqla bərabər bu cür tədbirlərin keçirilməsinin onların milli vətənpərvərlik, adət-ənənələrimizə, mədəniyyətimizə, incəsənətimizə hörmət ruhunda tərbiyə etmək, mədəni həyat tərzinin formalaşdırılması işinə kömək etmək, həmçinin ayrı-ayrı sahələr üzrə istedadlı gənclərin üzə çıxarılaraq onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək olduğu bildirilib.

Rektor sonda tələbə-gəncləritəbrik edib, bundan sonrakı müsabiqələrdə daha fəal olmağa çağırıb.

Qaliblər Naxçıvan Dövlət Universitetinin diplom və pul mükafatı ilə təltif olunublar.

“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub-


“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub-


“Bayrağım-qürurum, mənliyim” adlı yaradıcılıq müsabiqəsinə yekun vurulub-




İnform.az

Baxış sayı: 172