Diaspora Akademiyası
16.11.2018 / 12:50

Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib- FOTO

Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib-
ABŞ-da səfərdə olan Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin nümayəndə heyətiKaliforniyada yaşayan soydaşlarımız və diaspor təşkilatlarının fəalları ilə görüşüb.

Komitənin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğunda keçirilən görüşdə Azərbaycan dövlətinin diaspor siyasətini və Dövlət Komitəsinin son 6 ayda gördüyü işləriəks etdirən bir neçə videoçarx nümayiş olunub.

Sonra Azərbaycanın Los-Ancelesdəki Baş konsulu Nəsimi Ağayev görüş iştirakçılarını salamlayaraq, Kaliforniyadakı Azərbaycan icması və bu icma ilə əməkdaşlıq haqqında məlumat verib. Bildirib ki, bu gün 1 milyondan çox erməninin yaşadığı Kaliforniyada Azərbaycan icmasının birgə fəaliyyət göstərərək daha da güclənməsi böyük önəm kəsb edir.

Nümayəndə heyətinin rəhbəri, Dövlət Komitəsinin sədri Fuad Muradov isə çıxış edərək Azərbaycan dövlətinin diaspor siyasətinin əsas istiqamətlərini, gözləntilərini və hədəflərini diqqətə çatdırıb.

Dövlət Komitəsinin rəhbəri, eyni zamanda son 7 ayda Azərbaycan diaspor nümayəndələri ilə görüşlər, görülən işlər barədə danışıb.Azərbaycanlıların Koordinasiya Şuraları haqqındasöz açan Dövlət Komitəsinin sədriayrı-ayrı dövlətlərin diaspor siyasəti ilə məşğul olan dövlət qurumları ilə əməkdaşlıq, ölkəmizə dost xalqların diaspor rəhbərləri ilə görüşlər, milli-mədəni irsimizinvəAzərbaycan həqiqətlərinin təbliğiistiqamətində görülən işlər, eləcə də Komitənin gələcək planları barədə geniş məlumat verib.

Görüş zamanı soydaşlarımızı maraqlandırılan suallar cavablandırılıb, onları narahat edən məsələlər və diaspor fəaliyyəti ilə bağlıtəklifləri dinlənilib.ABŞ-da yaşayan həmyerlilərimizin daha səmərəli fəaliyyət istiqamətləri müzakirə olunaraq müvafiq razılaşmalar əldə edilib.

Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib-


Kaliforniyada yaşayan soydaşlarımızla görüş keçirilib-



İnform.az

Baxış sayı: 52