Sosial
16.11.2018 / 10:30

Cari ilin III rübündə bu ilin ilk rübünə nisbətən ilkin əlillik 61,3 faiz azalıb

Cari ilin III rübündə bu ilin ilk rübünə nisbətən  ilkin əlillik 61,3 faiz azalıbBirinci qrup ilkin əlillik təyin olunanların sayında
azalma 75,8 faizə çatıb.


ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən İnform.az-a verilən məlumata görə, 2018-ci ilin III rübündə əlillik təyin olunanların, həmçinin 18 yaşadək sağlamlıq imkanları məhdud uşaqların (SİMU) sayında bu ilin birinci rübünə nisbətən 61,3 faiz azalma olub.

İkinci rüb ilə müqayisədə isə əlillik təyinatında azalma 20 faiz təşkil edib.

O cümlədən, ilkin olaraq I qrup üzrə əlillik təyinatlarında 75,8 faiz, II qrup üzrə 62,3 faiz, III qrup üzrə 51,9 faiz, SİMU üzrə 55 faiz azalma qeydə alınıb.

Cari ilin III rübündə bu ilin ilk rübünə nisbətən  ilkin əlillik 61,3 faiz azalıb


Əlillik təyinatlarına nəzarətin gücləndirilməsi və bu sahənin şəffaflaşdırılmasıistiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyi tərəfindən birgə işlərdavam etdirilir.

Xüsusilə də yanlış əlillik təyinatlarının vəəlillik təyinatı üçün əsassız göndərişlərin aşkar olunaraq ləğv edilməsi nəticəsində əlilliyin artım tempibu il əhəmiyyətli şəkildə azalıb.

Əlilliyi olan şəxslərin reabilitasiya potensialının düzgün qiymətləndirilməsi əsasında onların sağlamlıqlarının bərpasında və cəmiyyətə inteqrasiyasında konkret nəticələrə yönələn fərdi reabilitasiya proqramının tətbiqi də qarşıda duran vəzifələrdəndir.


İnform.az

Baxış sayı: 38