Baş xəbər, Hüquq
16.11.2018 / 11:20

"Bu gün polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz və qətiyyətli mübarizə aparır"- Azər Cahangirov

"Bu gün polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz və  qətiyyətli mübarizə aparır"-
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Ərçivan qəsəbə 2 saylı tam orta məktəbində “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda maarifləndirmə tədbiri keçirilib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan İnform.az-a verilən məlumata görə,tədbirdə Astara Rayon Polis şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov, Təhsil Şöbəsinin müdiri Rəşad Həsənov, rayon İcra Hakimiyyəti başçısı aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Fikrət Talıbov, Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev, ictimaiyyət nümayəndələri, müəllimlər və şagirdlər iştirak ediblər.

Polis polkovniki A.Cahangirov bildirib ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsidir.

Məhz bu səbəbdən xalqımızın ümumilli lideri Heydər Əliyev narkomaniya və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi elan edərək, 1996-cı il avqustun 26-da müvafiq fərman imzalayıb və beləliklə, cəmiyyət və dövlət üçün təhlükəli olan bu problemin həlli məqsədi ilə dövlət səviyyəsində həyata keçirilən tədbirlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub.

Sonrakı illərdə imzalanan fərman və sərəncamlar, qəbul olunan dövlət proqramları da bu istiqamətdə çox mühüm addımlar hesab edilir və Azərbaycan gəncliyinin sağlam gələcəyinin təmini məqsədini daşıyır.

Şöbə rəisi qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin və eləcə də yerli polis orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz, qətiyyətli mübarizə aparılır.

Bununla yanaşı yeniyetmə və gənclərin bu bəlaya düşməməsi, narkotikdən və digər zərərli vərdişlərdən uzaq durması üçün vaxtaşırı təhsil müəssisələrində və digər kollektivlər qarşısında maarifləndirmə tədbirləri həyata keçirilir. Belə ki, bu cür tədbirlər artıq öz təsirini göstərməkdədir və bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.

Daha sonra çıxış edən Astara RİH-in əməkdaşı F.Talıbov, Gənclər və İdman İdarəsinin rəisi Ə.Əliyev, Təhsil Şöbəsinin müdiri R.Həsənov və başqaları polis əməkdaşları tərəfindən təhsil müəssisələrində belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri belə həssas mövzulara diqqətlə yanaşmağa, verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.

"Bu gün polis narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz və  qətiyyətli mübarizə aparır"-



İnform.az

Baxış sayı: 124