Diaspora Akademiyası, Mədəniyyət
16.11.2018 / 11:00

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib FOTO

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən beynəlxalq teatr festivalında mədəniyyətimizi layiqincə təmsil edib.

Azərbaycan respublikasının Qırğızıstandakı səfriliyindən İnform.az-a verilən məlumata görə, noyabrın 14-də Azərbaycanın Akademik Milli Dram Teatrı Toktobolot Abdumomunov adına Qırğız Milli Akademik teatrın binasında “Manqurt” tamaşasını təqdim edib.

Teatrımızın Çingiz Aytmatovun 90 illik yubileyinə həsr olunan “Aytmatov və teatr” festivalında iştirak Azərbaycanın Mədəniyyət Nazirliyi və Azərbaycanın Qırğızıstandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Tamaşa Azərbaycan dilində olmasına baxmayaraq, salonda tam anşlaq idi. Müxtəlif millətlərin təmsilçiləri ilə dolu olan auditoriya tamaşanı bir nəfəsdə seyr edirdi və dil baryeri hiss olunmurdu.

Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov, Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov, Joqorku Keneşin (parlament) deputatları, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin başçıları və əməkdaşları, diasporamızın fəal üzvləri, Qırğızstanın tanınmış ictimai və mədəniyyət xadimləri, görkəmli ziyalıları, ən əsas kütləvi informasiya vasitələrinin nümayəndələri tamaşaçılar arasında idilər.

Çingiz Aytmatovun “Əsrə bərabər gün” romanının motivləri əsasında hazırlanan səhnə əsərinin bədii rəhbəri və rejissoru Anar Babalı, rejissoru Mədəniyyət və İncəsənət Universitetinin diplomantı İzamə Babayeva, rəssamı əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistenti Könül Kərimovadır.

“Manqurt” tamaşasının obrazlarını əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban, Əminə Babayeva, Mehman Fətullayev canlandırıblar.
Maraqlı quruluşu, aktyorların peşəkar oyunu, rəngarəng musiqi tərtibatı ilə “Manqurt” tamaşası böyük hərarətlə qarşılandı.

Akademik Milli Dram Teatrının tamaşası böyük uğurla nümayiş etdirilib və Bişkek tamaşaçıları tərəfindən sürəkli alqışlarla qarşılanıb.

Azərbaycanın Qırğızıstanda səfiri Hidayət Orucovla Qırğızstanın Mədəniyyət, İnformasiya və Turizm naziri Azamat Jamankulov tamaşadan sonra yaradıcı heyətlə görüşərək, onlara gözəl oyun üçün təşəkkürlərini bildiriblər və yeni uğurlar arzulayıblar.

Tamaşadan sonra keçirilən müzakirədə münsiflər heyətinin üzvləri –münsiflər heyətinin sədri, Qırğızıstanın xalq yazıçısı Mar Bayciyev, Tacikistan Respublikasının xalq yazıçısı Ato Xocayev, Qırğız Respublikasının xalq artisti Qülsarə Əjibekova, Qazaxıstanın əməkdar əməkdaşı, M.Auezov adına Qazaxıstan Dövlət Akademik Dram Teatrının baş direktoru Asxat Mayemirov, Adana Teatrının baş direktoru İsmail Dikilitaş, Qırğızıstan Respublikasının Teatr Xadimləri Birliyinin sədri Janış Kulmanbetov, teatr tənqidçisi Eleonora Turdubekova tamaşa ilə bağlı müsbət fikirlər söyləmişlər və quruluşu və aktyor oynunu yüksək qiymətləndiriblər.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib


Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı Bişkekdə keçirilən Beynəlxalq Teatr Festivalında uğurla çıxış edib



İnform.az

Baxış sayı: 95