Baş xəbər, İdman
16.11.2018 / 10:25

MOK-nin Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüşü keçirilib - FOTO

MOK-nin Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüşü keçirilib -
Dünən Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi ilə Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüş keçirilib.

MOK-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, görüşdə Türkiyə Gənclər və İdman naziri Dr. Mehmet Muharrem Kasapoğlu, Beynəlxalq təşkilatlar və xarici əlaqələr üzrə müdir Ahmet Ali Temurci, katib Şevki Bostan, mütəxəssis Mustafa Barış Öztürk və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov vəMOK-un baş katibinin müavini Azər Əliyeviştirak edib.

Görüşü giriş sözü ilə açan Çingiz Hüseynzadə qonaqları salamladı. Türkiyə Milli Olimpiya Komitəsi, Türkiyə Gənclər və İdman Nazirliyi ilə AzərbaycanMilli Olimpiya Komitəsi arasında sıx əlaqələrin olduğunu vurğulayan vitse-prezident bu əməkdaşlığın gələcəkdə də uğurla davam edəcəyini umid etdi. Azərbaycan MOK-unun uğurlarından söz açan Ç.Hüseynzadə öncəki Olimpiya Oyunlarından bu günə qədər medal sayını artıraraq Rio 2016 Yay Olimpiya Oyunlarında 1 qızıl, 7 gümüş və 10 bürünc medal olmaqla 18 medal qazanmışdır.Bu isə Azərbaycanın idman ölkəsi olduğunu bir daha sübut edir.

Türkiyə Gənclər və İdman naziri Dr. Mehmet Muharrem Kasapoğlu da öz növbəsində Azərbaycan və Türkiyə arasında əlaqələrdən söz açdı. O bildirdi ki, ölkələr arasındakı əlaqəni idman və gənclər sahəsində inkişaf etdirərək daha da genişləndirmək mümkündür. Bakı 2017 İslam Həmrəylik Oyunlarından sonra İstanbulda keçiriləcək V İslam Həmrəylik Oyunları da türk dünyasında idmanın inkişafı və marağını bir daha göstərir.

İclas əsasında qurumlar arasında əlaqələr, fikir mübadiləsi gələcək planlar müzakirə olundu. Sonda Milli Olimpiya Komitəsi tərəfindən hədiyyə təqdim olundu. Həmçinin, Türkiyə Gənclər və İdman nazirliyi tərəfindən də MOK-a hədiyyə verildi.

MOK-nin Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüşü keçirilib -


MOK-nin Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüşü keçirilib -


MOK-nin Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüşü keçirilib -


MOK-nin Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüşü keçirilib -


MOK-nin Türkiyə Gənclər və İdman Nazirliyi arasında görüşü keçirilib -



İnform.az

Baxış sayı: 47