İdman
15.11.2018 / 16:00

Elis Manolova dünya çempionatının yarımfinalında- YENİLƏNİR

Elis Manolova dünya çempionatının yarımfinalında-
Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Dördüncü yarış günündə qadınlardan ibarət yığmamızın son iki üzvü mübarizəyə başlayıb.

AGF-nın Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Alyona Kolesnik təsnifat mərhələsində türk həmkarına böyük hesabla qalib gələrək, mundiala inamlı start verib.

Ancaq Kolesnik 1/4 finalda Kanada nümayəndəsinə müqavimət göstərə bilməyib.

Elis Manolova üçün də start uğurlu alınıb. O, 1/8 finalda Monqolustan təmsilçisini məğlub edib. Elisin 1/4 finalda Rusiya idmançısıyla mübarizəsi maraqlı alınıb. Belə ki, 2:8 hesabıyla geri düşən Manolova sona 1 dəqiqə qalmış tuşe ilə qalib gələrək yarımfinala yüksəlib. Yığma üzvünün yarımfinal görüşü axşam seansında baş tutacaq.

57 kq
1/4 final - Alyona Kolesnik - Aleksandria Rebekka Taun (CAN) 0:10
Təsnifat - Alyona Kolesnik - Elif Yanik (TUR) 6:0

65 kq
1/2 final - Elis Manolova - Moa Lena Mariya Niqren (SWE)
1/4 final - Elis Manolova - Mariya Kuznetsova (RUS) +:- (tuşe)
1/8 final - Elis Manolova - Bolortuya Xurelxuu (MGL) 5:1

Görüşləri aşağıdakı linkdən izləmək mümkündür:

https://unitedworldwrestling.org/event/senior-u23-world-championships-0


İnform.az

Baxış sayı: 80