Baş xəbər, Sosial
15.11.2018 / 12:20

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir- FOTO

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir-
“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Balıq ovlamadan davamlı akvakulturaya və dənizeko sistemlərinin qorunmasına doğru” mövzusunda beynəlxalq elmi konfrans özişinə başlayıb.

ETSN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, konfransda “Xəzər regionunda akvakulturanın inkişaf prioritetləri və imkanları” ,“Regional problemlərin müəyyən edilməsi, idarəetmə vasitələri və balıq ehtiyatlarının mühafizəsi”mövzuları ayrı-ayrı sessiyalarda müzakirə olunur.

Konfransın keçirilməsində məqsəd Xəzər dənizində balıq ehtiyatlarının, xüsusilə də nərə cinsli balıqların azalması və icazəsiz balıq ovu problemlərinin həlli, akvakulturanın inkişafı və digər məsələlər barədə konkret istiqamətləri müəyyənləşdirmək üçün fikir mübadiləsia parmaqdan ibarətdir.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı Nazirliklərinin rəsmiləri, Milli Məclisin deputatları, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının(FAO)nümayəndələri, Rusiya, Türkiyə, İran, Böyük Britaniyadan olan tanınmış mütəxəssislər və balıqçılıq təsərrüfatı institutlarının rəhbərləri iştirak edir.

Xatırladaq ki, “Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi Ekologiya vəTəbii Sərvətlər Nazirliyinin və“Caspian Event Organisers” şirkətinin təşkilatçılığı, İDEA İctimai Birliyinin dəstəyi ilə təşkil olunub.

“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir-


“Caspian Ecology” 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit sərgisi çərçivəsində konfrans keçirilir-



İnform.az




Baxış sayı: 186