Diaspora Akademiyası
15.11.2018 / 11:50

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir- FOTO

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir-
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-a səfər çərçivəsində Kaliforniyada görüşləri davam etdirir.

Nümayəndə heyəti Los-Ancelesdə Lənkəran Monterey Dostluq Assosiasiya¬sının icraçı direktoru Nensi Selfric ilə görüşüb.

Görüş zamanı Azərbaycan Respublikasının Lənkəran və ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərlərinin qardaşlaşmasından söhbət açılıb, Montereydə ölkəmizin daha yaxşı təbliği üçün həyata keçirilən işlər və perspektivlər müzakirə edilib.

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir-


***


Növbəti görüş Türkiyənin Los-Anceles şəhərindəki Baş konsulu Can Oğuzla olub. Azərbaycanın Los-Anceles şəhərindəki Baş Konsulluğunda keçirilən görüşdəKaliforniya ştatındakı türk diaspor təşkilatlarının rəhbərləri və fəalları da iştirak edib.

Görüş zamanı Diasporla İş üzrə Dövlət Komitəsi iləTürkiyə Respublikasının Xaricdə Yaşayan Türklər və Əqraba İcmalar İdarəsiarasında imzalanan Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb.

Azərbaycan və türk diaspor təşkilatlarının əməkdaşlığının daha peşəkar və effektli koordinasiya edilməsi məqsədilə birgə fəaliyyət istiqamətləri müzakirə edilib, diaspor fəaliyyətinə strateji yanaşma nəzərdən keçirilib.

****

Dövlət Komitəsinin nümayəndə heyəti daha bir görüşü Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin rəhbərləri iləkeçirilib.Görüşdə Yəhudi Komitəsinin dünyanın müxtəlif yerlərində,o cümlədən ABŞ-da diasporilə iş metodları, bu sahədəki mövcud çətinliklər, uğurlar və gələcək planlardan söhbət açılıb.

Yəhudi diasporunun təcrübəsininöyrənilməsi imkanları və mexanizmlərimüzakirə edilib.

Keçirilən görüşlərdə AzərbaycanınLos-Anceles şəhərindəki Baş konsulu Nəsimi Ağayev də iştirak edib.

Dövlət Komitəsinin nümayəndə heyətinin Kaliforniyada görüşləri davam edir-



İnform.az

Baxış sayı: 265