Sosial
15.11.2018 / 11:20

"Özünüzü yaxşı aparsanız, hava ilə də təmin edəcəyik..."- Millət vəkili

"Özünüzü yaxşı aparsanız, hava ilə də təmin edəcəyik..."- Millət vəkili Fazil Mustafa Metropolitenlə bağlı bildirdiyi iradlara QSC-dən verilən cavablara münasibət bildirib.

İnform.az axar.az-a istinadən xəbər verir ki, deputat qurumun mətbuat xidmətinin iradlara həssaslığını müsbət qiymətləndirib. Millət vəkili qurumun onun iradlarına verdiyi cavabı lətifə ilə şərh edib:

“Milli Məclisdə metrodakı havasızlıqla bağlı çıxışıma Bakı Metropolitenindən dərhal bir açıqlama gəldi. Ancaq bu cavabdan metrodakı durumun mən düşündüyümdən də vahim olduğu üzə çıxır. Burada bir lətifəni xatırladım. Demək, bir nəfər ruhi xəstə evə - anasına məktub yazır ki, burada bizdə sağ-salamatçılıqdır, hər gün xəstəxananın həyətindəki hovuzda yoldaşlarımla çimirik. Baş həkim söz verib ki, özünüzü yaxşı aparsanız, hovuza su da buraxacağıq.

Sanki əhaliyə deyirlər ki, metroda bir az da havasız qalın, özünüzü yaxşı aparsanız, hava ilə də təmin edəcəyik. Yanlış anlamamışam?”


İnform.az

Baxış sayı: 170