Hüquq
15.11.2018 / 10:25

Ərzaq məhsullarının içindən mobil telefonlar aşkarlanıb

Ərzaq məhsullarının içindən mobil telefonlar aşkarlanıbCənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin Astara gömrük postunda İrandan qayıdan Azərbaycan vətəndaşı saxlanılıb.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində və əl yükündə gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı vətəndaşa məxsus torbadakı ərzaq və qab-qacağın arasından 1 ədəd üzərində "S9", 2 ədəd "S9+" yazısı olan mobil telefonlar və onlara aid aksessuarlar aşkarlanıb.

Faktla bağla araşdırma aparılır.


İnform.az



Baxış sayı: 67