Elm-təhsil
15.11.2018 / 10:10

ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində işgüzar səfərdədirlər- FOTO

ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində  işgüzar səfərdədirlər-
Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) beynəlxalq əlaqələrində digər ölkələrin ali təhsil müəssisələri ilə yanaşı Ukraynanın aparıcı universiteti ilə əməkdaşlığa önəm verilir.

Belə təhsil müəssisələrindən biri Sumi Milli Aqrar Universitetidir (SMAU).

ADAU-nun Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə,2018-ci ilin iyun ayında Almaniyanın Vaynştefan Triezdorf Universitetində ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov və SMAU-nun rektoru, akademik Vladimir Ladıko arasında imzalanmış əməkdaşlıq müqaviləsinin icrası məqsədilə qeyd olunan universitetə işgüzar səfər təşkil olunub.

Səfər çərçivəsində ADAU-nun tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, elm şöbəsinin müdiri Maqsud Vəliyev, beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sevil Həsənova SMAU-da tədris prosesinin təşkili, hər iki ali təhsil müəssisəsində magistratura səviyyəsində kadr hazırığı aparılan MBA (alman) proqramı üzrə tədris planlarının uyğunluğu və onun beynəlxalq akkreditasiyası, müəllim və tələbələrin mübadiləsi, beynəlxalq əlaqələr, elmmetrik jurnallarda məqalələrin nəşri, aqrobiznes şirkətləri ilə əlaqələr, istehsalat təcrübəsinin təşkili, məktəb-kollec-universitet sxemi üzrə təhsil prosesi, universitetin maddi-texniki bazası, tələbələrin asudə vaxtının səmərəli təşkili ilə yaxından tanış olublar.

ADAU haqqında olan təqdimatlar, aparılan müzakirələr universitetlərarası əməkdaşlığın daha da genişləndirilməsinə, tələbə mübadiləsinə, ikili diplom layihələrinin icrasına böyük maraq yaratmışdır.

ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində  işgüzar səfərdədirlər-


ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində  işgüzar səfərdədirlər-


ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində  işgüzar səfərdədirlər-


ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində  işgüzar səfərdədirlər-


ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində  işgüzar səfərdədirlər-


ADAU əməkdaşları Ukraynanın Sumi Milli Aqrar Universitetində  işgüzar səfərdədirlər-



İnform.az

Baxış sayı: 41