Hüquq
13.11.2018 / 20:10

Guya kartof gətirirdilər, amma yükün içindən görün nələr çıxdı- Video-Foto

Guya kartof gətirirdilər, amma yükün içindən görün nələr çıxdı-
Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyatlar şöbəsinə daxil olmuş məlumat əsasında külli miqdarda pirotexniki vasitələrin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

DGK Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən İnform.az-a verilən məlumata görə, noyabrın 13-də Gürcüstandan ölkəmizə kartof yükü gətirən Azərbaycan Respublikası vətəndaşı Sətdərov Sətdar Əlisahib oğlunun idarə etdiyi DAF markalı, 99 DJ 787 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin 99 ZC 556 nömrəli yarımqoşqusuna Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı yarımqoşqunun içərisindən 508 qutuda qablaşdırılan 11536 ədəd fişəng və 5 milyon 845 min ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkar edilib.

Qeyd edək ki, gömrük orqanına yazılı və ya şifahi şəkildə bəyan olunmayan pirotexniki vasitələr yarımqoşqunun ön və arxa hissəsinə kartof yükü yerləşdirilməklə gömrük nəzarətindən gizlədilməyə çalışılıb.

Faktla bağlı araşdırma aparılır.



Guya kartof gətirirdilər, amma yükün içindən görün nələr çıxdı-


Guya kartof gətirirdilər, amma yükün içindən görün nələr çıxdı-



İnform.az

Baxış sayı: 342