Sosial
13.11.2018 / 18:40

Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib- Azərbaycanda

Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib-
12-13 noyabr 2018-ci il tarixlərində Azərbaycanda ilk dəfə Qlobal Ekologiya Fondunun Milli Dialoq seminarı keçirilib.

ETSN-nin Mətbuat xidmətindən İnform.az-a verilən məlumata görə, Qlobal Ekologiya Fondunun (QEF) ölkələrə dəstək proqramı çərçivəsində təşkil olunan seminarda Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin digər aidiyyəti dövlət qurumları, IDEA İctimai Birliyi, BMT-nin İnkişaf Proqramı və Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Almaniya İnkişaf Bankı, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti, Dünya Bankı, DünyaVəhşiTəbiət Fondu və digər qeyri-hökumət təşkilatları iştirak ediblər.

Seminarın keçirilməsində məqsəd QEF-in dəstəyi ilə ölkədə fondun istiqamətlərinə uyğun fəaliyyətlərin müəyyən olunmasıdır.


İnform.az

Baxış sayı: 136